EN

İfşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? 

Xəbər verildiyi kimi, “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi həbs edilib. O, Şəkidə ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.

Ötən həftə Bakıda baş verən bu həbs hadisəsi rezonans doğurdu. Əksəriyyət bunun arxasında başqa məqamların olduğunu düşünür. Bu iddiaya sosial şəbəkələrdə daha çox rast gəlinir. Böyük biznes imperiyası olan bir ailənin gənc üzvü niyə həbs edildi? Üstəlik, bu ağackəsmə əməli çoxdan baş verib. Yerli sakinlər mediada dəfələrlə çıxış edib, yaşıl soyqırımının dayandırılmasını tələb edib.

Ona görə də Qafarın qəfil həbsi müxtəlif versiyaları aktuallaşdırır.

Ağla gələn ilk versiya budur ki, Dəmirçi ailəsi başqa məsələlərdə ciddi yanlış edib, ona görə də əvvəlki qanunsuzluqları da bunun üstünə əlavə edilərək, cəzalandırılıb.

Məsələn, ola bilərmi, son günlər dövlət əleyhinə çıxan bir şəbəkənin ifşası zamanı prosesdə Dəmirçi ailəsinin də iştirakının üstü açılıb? Mümkündürmü, Qafar Dəmirçinin bu günlərdə saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən Ramiz Vəliyevlə əlaqəsi müəyyən edilib? Bu da onun cəzalandırılmasına səbəb olub?

Xatırladaq ki, diplomat Ramiz Vəliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.

Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilindiyi məlum olub. Onun yaratdığı şəbəkə şərti olaraq “Ulduz Metrosunun Uşaqları” (UMU) adlandırılıb.

Bu şəbəkə yüksək rütbəli məmurları hədəf alıb, onların barəsində həqiqətəuyğun olmayan xəbərləri müxtəlif platformalarda yayıblar. Bildirilir ki, Ramiz Vəliyevin və dəstəsinin xaricdəki söyüş blogerləri ilə də əlaqələri olub. Onlara davamlı dövlət əleyhinə məlumatlar ötürüblər.

Həmin yazıda bir çox ipucları, mesajlar əksini tapır. Yazıda belə bir hissə diqqət çəkir: “Görünür, oliqarxalarla oturub-duran, xarici xüsusi xidmət orqanlarının rəhbərlərinin pullarını gizlincə Azərbaycana gətirən bu özündənrazı müştəbehlərin də rahat bazarları və “qlobus” xarakterli biznesləri, yaxud da İsveç və Dubaydakı dəm-dəsgahları haqqında danışmağın vaxtıdır”.

Bu sətirlərin arasından bəzi şəxslərin silueti boylanır… Onların arasında Dəmirçi ailəsinin gənc övladı varmı? Yəqin bu, istintaqın gedişində üzə çıxacaq. Biz sadəcə təxminləri yazdıq…

Xatırladaq ki, Qafar Dəmirçi Yazıçılar Birliyinin sədri Anar Rzayevin qızı Günel Rzayevanın kürəkənidir.

Globalinfo.az


Telegram kanalımız
Chosen
18
yenisabah.az

1Sources