EN

Əks effekt verəcək: ABŞ-dan rus generalın qətlinə reaksiya

Rusiya ordusunun Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RKhBZ) rəisi, general-leytenant İqor Kirillovun öldürülməsi Rusiya və Ukrayna arasında danışıqlara əks təsir göstərə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzetinə ekspertlər bildiriblər.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Duqlas Londonun sözlərinə görə , Kirillovun qətli yalnız “psixoloji təsir” göstərə bilər, lakin bu, Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə təsir etməyəcək. MKİ-nin digər keçmiş əməkdaşı Ralf Qof qeyd edib ki, Kiyevin bu cür hərəkətləri yanlışdır.

“Ehtiyatlı olmasalar, əks effekt yaradacaqlar. Onlar rusları o qədər qəzəbləndirəcəklər ki, danışıqlarda maraqlı olmadıqlarını bildirəcəklər”, o generalın qətlinin nəticələrini dəyərləndirib.

Chosen
23
publika.az

1Sources