EN

"2025-ci il Türkiyə Lirəsi üçün parlaq olmayacaq, Dollar 43 TL-yə yüksələcək"

"Deutsche Bank"ın Türkiyə üzrə iqtisadçısı Yiğit Onay 2025-ci ilin sonu üçün ABŞ dolları/ Türkiyə Lirəsi (TL) gözləntilərinin 43 səviyyəsində olduğunu açıqlayıb.

"2025-ci ilin sonu üçün dollar/TL proqnozumuz 43 səviyyəsindədir.  2025-ci il TL üçün 2024-cü il qədər parlaq olmayacaq. Ancaq buna baxmayaraq, TL-nin digər inkişaf etməkdə olan ölkə valyutaları ilə müqayisədə cəlbediciliyini qoruyacağını düşünürük.",- Yiğit Onay deyib.

Qeyd edək ki, bu gün Dollar/Türkiyə Lirəsi (TL) məzənnəsi 35 səviyyəsini də keçib. 

Chosen
12
marja.az

1Sources