EN

Bu il Türkiyəyə Rusiyadan 6,7 milyon turist gəlib

Yazını böyüt
Yazını kiçilt

Rusiya Səyahət Sənayesi Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin bu il təxminən 30 milyon rusiyalının xaricə səyahət edəcəyini və Türkiyənin ən çox ziyarət edilən ölkə olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, Moskvada keçirdiyi mətbuat konfransında Rusiya turizm sektorundakı inkişafları qiymətləndirən Qorin, xarici səyahətlərdə bir canlanma olduğunu vurğulayıb. Qorin, “Beynəlxalq səyahətlərdə mövcud məhdudiyyətlərə baxmayaraq, xarici turizm 20 faiz artıb. Rusiya turistləri daha çox birbaşa hava nəqliyyatı olan, vizasız və ya sadələşdirilmiş viza müraciəti olan ölkələrə üstünlük verirlər” deyib.

“Sputnk”un xəbərinə görə, hazırda Rusiyadan 36 ölkəyə birbaşa uçuşlar olduğunu bildirən Qorin, ilin sonuna qədər təxminən 29-30 milyon vətəndaşın şəxsi, iş və ya turistik məqsədlərlə xaricə səfər etmiş olacağını bildirib.

Türkiyənin bu il təqribən 6,7 milyon rus turisti qəbul edəcəyinin gözlənildiyinə diqqət çəkən Qorin, “Türkiyə rus turistlər üçün ən populyar yer olmağa davam edir. Bundan başqa, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Tailand da böyük maraq doğurur” deyib.

O həmçinin əlavə edib ki, rusiyalı turistlər Maldiv adaları, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı kimi istiqamətlərə artan maraq göstərirlər.

Bu arada, Türkiyədə dərc edilən məlumatlara görə, bu ilin ilk 10 ayında Rusiyadan gələnlərin sayı 7,05 faiz artaraq 6 milyon 429 min 998 nəfərə çatıb.

Rusiyalı turistlərin sayı 2022-ci ildə 4,4 milyon, 2023-cü ildə isə 6,3 milyon olaraq açıqlanıb.

Chosen
28
hafta.az

1Sources