EN

Rusiya “Oreşnik”ləri Belarus ərazisində yerləşdirib

Rusiyanın “Oreşnik” raket sisteminin Belarusda yerləşdirilməsi Polşa üçün ölüm hökmünə bərabərdir.

KONKRET.az xəbər verir ki, bunu  Bolqarıstanın “ Pogled Info ” portalına müsahibəsində politoloq, İsrailin “Nativ”  kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib:  “Oreşnik”in Belarusda yerləşdirilməsi Polşa ərazisində Rusiyanı təhdid edən hər hansı qoşun növü üçün ölüm hökmüdür”. Politoloqun fikrincə, Rusiyanın yeni raket sistemi Ukraynanın operativ və strateji vəziyyətini, həm də Qərbdən gələcək təhdidlərin qiymətləndirilməsini tamamilə dəyişir. Keçən həftə məlum olub  ki, Belarus prezidenti Aleksandr Lukaşenko “Oreşnik”in ölkə ərazisinə yerləşdirilməsinə və ondan istifadənin düzgün planlaşdırılmasına göstəriş verib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
39
konkret.az

1Sources