EN

Bakı-Şamaxı yolunun qar və buzdan təmizlənməsi istiqamətində tədbir görülüb

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 60-90-cı km-lik hissəsində gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər görülüb.

İnterpress.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yolun hərəkət hissəsi qardan təmizlənib, duz-qum qarışığı səpilib.

Bundan başqa, Şamaxı rayonunun Əngəxaran, Məlhəm, Çuxuryurd, Nağaraxana, Dəmirçi və digər gəndlərə gedən avtomobil yollarında gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində eyni tədbirlər görülüb.

Chosen
33
24
interpress.az

10Sources