EN

Cənubi Koreya kəşfiyyatı Kursk bölgəsində Şimali Koreya əsgərlərinin itkilərini açıqlayıb

Kursk vilayətində Ukrayna hərbçiləri ilə şiddətli döyüşlər zamanı ən azı 100 Şimali Koreya hərbçisi həlak olub, 1000 nəfər isə yaralanıb.

Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin üzvü Li Sonq-qvon məlumat yayıb.

O, bildirib ki, kəşfiyyat məlumatlarına görə, ağır itkilər Şimali Koreya qoşunlarının pilotsuz təyyarələrdən istifadə təcrübəsinin olmaması və döyüşməli olacaqları açıq ərazini bilməmələri ilə bağlıdır.

Linin sözlərinə görə, Şimali Koreyanın əlavə qoşun yerləşdirməyə hazırlaşdığına dair əlamətlər var.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
26
missiya.az

1Sources