EN

Ordu generalı işğal faktını təhrif edib

Ordu

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov 2024-cü ildə işğal olunmuş Ukrayna ərazisi ilə bağlı məlumatları xeyli şişirdib.

Reyting.az
xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

“Rusiya Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov 2024-cü ildə Rusiyanın ərazi nailiyyətləri ilə bağlı iddia edilən statistik məlumatları əhəmiyyətli dərəcədə şişirdib”, - deyə analitiklər qeyd ediblər.

Xüsusilə, dekabrın 18-də Gerasimov bildirib ki, rus qoşunları 2024-cü ildə təxminən 4500 kvadrat kilometr ərazini ələ keçirib. Bununla belə, ISW cəmi 3306 kvadrat kilometr ərazinin ələ keçirilməsinin təsdiqini tapıb.

Gerasimovun şişirdilmiş rəqəmləri dekabrın 16-da Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında Rusiyanın müdafiə naziri Andrey Belousovun daha dəqiq bəyanatları ilə ziddiyyət təşkil edir. O, rus qoşunlarının orta gündəlik irəliləmə sürətinin təxminən 30 kvadrat kilometr olduğunu bildirib.

“ISW 2024-cü ilin noyabrında Rusiya qüvvələrinin gündə təxminən 27,96 kvadrat kilometr sürətlə irəlilədiyini təxmin etmək üçün geolokasiya məlumatlarını müşahidə edib”, - analitiklər əlavə edib.

Bundan əlavə, Belousov rus qoşunlarının Luqansk vilayətinin təxminən 99 faizini, Donetsk vilayətinin 70 faizini, Zaporojye vilayətinin təxminən 74 faizini və Xerson vilayətinin təxminən 76 faizini ələ keçirdiklərini iddia edib. Bu məlumatlarda da bəzi qeyri-dəqiqliklər var, lakin ISW-nin qiymətləndirməsinə yaxındır.

ISW-nin hesablamalarına görə, Rusiya qoşunları Luqansk vilayətinin təxminən 99 faizini, Donetsk vilayətinin 66 faizini, Zaporojye və Xerson vilayətlərinin hər birinin 73 faizini işğal edib.

E. KAMAL
Chosen
34
1
reyting.az

2Sources