EN

Britaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Böyük Britaniya Ukraynaya əlavə olaraq 225 milyon funt-sterlinq (286 milyon ABŞ dolları) məbləğində yeni hərbi yardım paketini açıqlayıb.

Bu barədə məlumatı “Reuters“ yayıb.

Bildirilib ki, bu məbləğin 92 milyon funt-sterlinqi ölkənin Hərbi Dəniz Qüvvələrinin hərbi-texniki təchizatı və pilotsuz uçuş aparatlarının tədarükünə yönləndiriləcək. Bununla yanaşı, 68 milyon funt-sterlinq dəyərində hava hücumundan müdafiə sistemləri alınacaq.

Hökumət ümumilikdə 65 milyon funt-sterlinq həcmindəki vəsaiti Ukrayna ordusunun texniki təchizatına dəstək məqsədilə ehtiyat hissələrinin, habelə 1000 ədəd radioelektron mübarizə sistemlərinin əldə olunmasına yönəldəcək.

Krallığın Nazirlər Kabinetindən o da bildirilib ki, ordunun hərbi hazırlığına dəstək davam etdiriləcək.

"Cebheinfo.az"

Chosen
34
5
cebheinfo.az

6Sources