EN

Bakıda "Böyük Dəbilqə" və 2025-ci il cüdo təqvimindəki digər tədbirlər

Beynəlxalq Cüdo Federasiyası (IJF) gələn il üçün yarışların təqvimini təqdim edib.

İdman.biz xəbər verir ki, dünya turuna fevralın 14-16-da Bakıda keçiriləcək "Böyük Dəbilqə" də daxil olmaqla 12 turnir daxildir.

Eyni zamanda, Antalyada təşkil ediləcək “Böyük Dəbilqə”nin, eləcə də Portuqaliya Qran-Prisinin tarixləri daha sonra dəqiqləşəcək.

1-2 fevral. Parisdə (Fransa) "Böyük Dəbilqə"
14-16 fevral. Bakıda "Böyük Dəbilqə"
28 fevral - 2 mart. Daşkənddə (Özbəkistan) "Böyük Dəbilqə"
7-9 mart. Linz Qran-Prisi (Avstriya)
21-23 mart. Tbilisidə (Gürcüstan) "Böyük Dəbilqə"
2-4 may. Düşənbədə (Tacikistan) "Böyük Dəbilqə"
9-11 may. Astanada (Qazaxıstan) "Böyük Dəbilqə"
13-19 iyun. Budapeştdə (Macarıstan) dünya çempionatı
25-27 iyul. Ulan-Bator Qran Prisi (Monqolustan)
17-19 oktyabr. Abu-Dabidə (BƏƏ) "Böyük Dəbilqə"
14-16 noyabr. Zaqreb Qran-Prisi (Xorvatiya)
6-7 dekabr. Tokioda (Yaponiya) "Böyük Dəbilqə"

İdman.biz

Chosen
30
idman.biz

1Sources