EN

Nazir altı il ərzində imzalanan əmək müqavilələrinin sayını açıqladı

Son altı ildə 609 min əmək müqaviləsi imzalanıb.

Day.Az xəbər verir ki, bunu "Azərbaycan Karyera İnkişaf Forumu 2024"də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bunun əsas hissəsi özəl şirkətlərin payına düşür: "Biz altı ildə 1,8 mln vətəndaşa xidmət göstərmişik. Hazırda Qarabağda və Şərqi Zəngəzurda işlər aparılır".

Nazir onu da qeyd edib ki, hazırda nazirliyin göstərdiyi xidmətlərin 90% elektronlaşıb.

"Bu gün 600 milyon dəfədən çox elektron xidmətlərdən istifadə edilib. Bu böyük göstəricidir. Biz tam elektronlaşmış əmək müqaviləsinə keçməliyik. Hazırda bir milyondan artıq şəxs elektron müqaviləyə keçid edib", - deyə o qeyd edib.

Chosen
11
2
day.az

3Sources