EN

Mozambikdə qasırğa nəticəsində ölənlərin sayı 45-ə çatıb

Mozambikdə dekabrın 15-də ölkənin şimal və mərkəzi bölgələrini vuran "Şido" tropik qasırğasının təsirləri nəticəsində ölənlərin sayı 45-ə çatıb.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə Mozambik Klubu portalı Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İnstitutuna (NIDIS) istinadən xəbər verir.

Güclü külək və leysan nəticəsində yaranan daşqınlar 45 nəfərin ölümünə, 500-dən çox adamın isə müxtəlif dərəcəli xəsarət almasına səbəb olub.
Ümumilikdə 174 min Mozambik sakini qasırğadan zərər çəkib. 35 mindən çox bina dağıdılıb.

Bundan əvvəl 34 nəfərin öldüyü bildirilirdi.

Chosen
14
7
ucnoqta.az

8Sources