EN

Rusiya ermınilərinin liderinin Ermənistana girişinə qadağa qoyula bilər

Ermənistan hakimiyyəti Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın ölkəyə girişinə qadağa qoya bilər.

Herbiand.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Nəşrin məlumatına görə, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Xarici İşlər Nazirliyinə 550-yə yaxın adın daxil olduğu qondarma “qara siyahı” təqdim edib. Buraya jurnalistlər, mədəniyyət xadimləri, politoloqlar, Rusiya Erməniləri İttifaqının üzvləri və s. daxildir.

Bir neçə gün əvvəl politoloq Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub və bu, Rusiyada qeyri-dost addım kimi qiymətləndirilib. İlkin məlumatlara görə, o, valideynlərinin məzarını ziyarət etmək üçün Yerevana uçub, lakin Zvartnots hava limanında onu geri qaytarıblar.

Chosen
17
5
herbiand.az

7Sources