EN

Sabiq icra başçısının qardaşı oğullarına cinayət işi açılıb

Sabiq

Zərdab rayonunun sabiq icra başçısı Lütvəli Babayevin qardaşı oğulları barəsində cinayət işi açılıb.

Reyting.az
Modern.az-a istinadla xəbər verir ki, sabiq başçının qardaşı oğulları Telman Babazadə və Yadigar Babayev xuliqanlıqda ittiham edilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 221.2.-ci (Xuliqanlıq bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmiş şəxslər R.Qədirzadə və T.Qədirzadə adlı bacı-qardaşlardır.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Lütvəli Babayev 2007–2019-cu illərdə Zərdab rayonunun, 2005–2007-ci illərdə Mingəçevir şəhərinin icra başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, sabiq icra başçısının qardaşı oğulları əvvəllər də avtoxuliqanlıq əməllərinə görə saxlanılıb.
Chosen
11
14
reyting.az

10Sources