EN

Bu ölkə bayram edir: Nəhəng qatil həşəratların işğalından xilas oldu

Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamenti iki düymlük qətl hornetlərinin ABŞ-dan məhv edildiyini bildirib.

Publika.az xəbər verir ki, 2013-cü ildə Çində 42 nəfərin ölümünə səbəb olan dünyanın ən böyük horneti ölkədə ilk dəfə aşkar edildikdən 5 il sonra ABŞ-da tamamilə məhv edilib.

Dünyanın ən böyük horneti, təhlükəli sancmasına və arı pətəyini cəmi 90 dəqiqə ərzində məhv etmə qabiliyyətinə görə "qətl horneti" ləqəbli almışdı. Vaşinqton ştatında ilk dəfə beş il əvvəl aşkar edilmişdi.

"Sizə deməliyəm ki, bir entomoloq kimi mən 25 ildən artıqdır ki, bu işlə məşğulam və bu, insanların həşəratlara qalib gəldiyi nadir gündür", - deyə Kənd Təsərrüfatı Departamentinin zərərvericilərlə mübarizə proqramının direktoru Sven Şpiçiger, virtual mətbuat konfransında bildirib.

Chosen
26
publika.az

1Sources