EN

“Sevilya” futbol klubu Juninyonu almaqda israrlıdır

İspaniyanın “Sevilya”sı Rusiyanın “Krasnodar” klubunun Azərbaycanda transfer rekordunu qıra bilər.

Ağdam klubu ispanların braziliyalı hücumçu Juninyonu almaqla bağlı 5 milyon avroya yaxın ilk təklifini rədd edib.

Amma “Sevilya” təslim olmaq fikrində deyil və yaxın günlərdə “Qarabağ”a daha sərfəli təkliflə yanaşacaq.

Əgər sövdələşmə yenilənmiş məbləğdə baş tutsa, o zaman “Sevilya” 2023-cü ilin yanvarında braziliyalı Kadi Borxes üçün Ağdam komandasına təxminən 5 milyon avro ödəmiş “Krasnodar”ın rekordunu qıracaq.

Juninyo ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olub və onun “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Chosen
8
veteninfo.az

1Sources