EN

Suriyada İranın nəzarət etdiyi ərazilərdə insan qalıqları aşkar edilib

Suriyadakı “Ağ Dəbilqəlilər” qrupu çərşənbə günü, Dəməşq ətrafındakı Seyyide Zeynəb ərazisində ən azı 21 cəsəd və şikəst edilmiş insan qalıqları aşkarlayıb.

"Associated Press" xəbər agentliyinin bildirdiyinə görə, "Zeynəb hərəmi" adlanan bölgənin yaxınlığında yerləşən bu yer əvvəllər müttəfiq olan Livan Hizbullahı və İranın dəstəklədiyi İraq silahlı qüvvələrinin nəzarəti altında olub.

Qeyd edək ki, hazırda Suriyanın paytaxtı Şam şəhərinin ətrafında axtarışlar davam edir və burada vaxtaşırı yeni kütləvi məzarlıqlar aşkar edilir.

visiontv.az



Chosen
28
visiontv.az

1Sources