Türkiyənin Çanaqqala şəhərində qatı duman səbəbiylə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Boğaziçi sahillərində qatı duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub.
Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri İdarəsi radio anons vasitəsilə şimaldan və cənubdan üzən gəmilərin kapitanlarına boğazın iki tərəfli tranzit gəmi keçidlərinə bağlanıldığı barədə məlumat verib.
Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.
Qeyd edək ki, Çanaqqala-Eceabat və Çanaqqala-Kilitbahir arasındakı bərə səfərləri də duman səbəbindən müvəqqəti olaraq dayandırılıb.
Şəbnəm Mehdizadə