EN

Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Vətənimdir, vətənim...” konsert-kompozisiyası təqdim edilib

Bakı, 19 dekabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş “Vətənimdir, vətənim...” konsert-kompozisiyası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi açaraq Füzuli yaradıcılığından, onun ölməz əsərlərindən bəhs edib. O, Füzuli işığının beş əsrdir ki, Azərbaycan və Şərq ədəbiyyatını aydınlatdığını qeyd edib.

Gecədə Xalq artisti, ADMİU-nun Muğam sənəti kafedrasının müdiri Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev, Ramil Hümbətov və Vüsal Qasımovun ifasında dahi şairin sözlərinə yazılmış musiqi əsərləri təqdim olunub. İfaçıları Əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança), Şirzad Fətəliyev (balaban) və Kamran Kərimovun (nağara) yer aldığı “Xarıbülbül” muğam qrupu müşayiət ediblər.

Chosen
7
1
azertag.az

2Sources