EN

Araz çayı üzərindəki hidroqovşaqda qəza vəziyyətinin aradan qaldırılmasına ayrılan vəsait açıqlanıb

Bakı. Trend:

Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəzavəziyyətinin aradan qaldırılmasına ayrılacaq vəsaitin həcmi məlumolub.

Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı Azərbaycan Dövlət SuEhtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə OlanObyektlərin Müdiriyyəti hazırlıq işlərini yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Teymur-M” Məhdud MəsuliyyətliCəmiyyətinə həvalə edib və onunla dəyəri 11.843.596,64 AZN (11milyon 843 min 596 manat 64 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, “Teymur-M” Məhdud Məsuliyyətli Cəmiyyəti 2009-cuildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olanşirkətin qanuni təmsilçisi Vəliyev Saday Rəhim oğludur.

Xatırladaq ki, bir müddət öncə Araz çayı üzərindəki Bəhrəmtəpəhidroqovşağında qəza vəziyyəti yaranmışdı.

1958-ci ildən istifadəyə verilən Bəhrəmtəpə hidroqovşağı 6rayonu (İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl və Cəlilabadrayonları) suvarma suyu ilə təmin edir.

Chosen
23
az.trend.az

1Sources