EN

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

Maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təşkil olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalan təşkilatlarının aidiyyəti nümayəndələri və sahibkarlar üçün "Dövlət satınalmaları haqqında" Qanunun tələbləri və "etender.gov.az" portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib.

Seminarda açılış nitqi ilə Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev çıxış edib. "Dövlət satınalmaları haqqında" Qanunun dövlət maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsi, dövlət satınalmalarının rəqabətlilik əsasında həyata keçirilməsi, eləcə də kölgə iqtisadiyyatının qarşısının alınması və korrupsiya hallarına qarşı mübarizə sahələrində əhəmiyyətli rol oynadığı qeyd edilib.

Həmçinin qanunda əksini tapmış əsas yeniliklərin dövlət nəzarətinin gücləndirilməsi, müddətlərin optimallaşdırılması, bütün dövlət satınalmalarının elektronlaşdırılması, eləcə də dövlət satınalmalarında rəqabətin artırılması və şəffaflığın təmin edilməsinə xidmət etdiyi vurğulanıb.

Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə satınalma planının və ictimai nəzarətin təmin edilməsi üçün satınalmaların nəticələrinin portalda dərc edilməsi, habelə məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, məbləği və metodundan asılı olmayaraq bütün satınalmaların dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə keçirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Maarifləndirici tədbir çərçivəsində Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov və sözügedən şöbənin müdir müavini Elşən Həsənov tərəfindən "Dövlət satınalmaları haqqında" Qanunun tətbiqi və "etender.gov.az" portalından istifadə ilə əlaqədar praktiki suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
2
olaylar.az

3Sources