EN

SEPAH generalı: "Doğru Vəd-3" əməliyyatı mütləq həyata keçiriləcək" - FOTO

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanın müavini general Əli Fədəvi İranın İsrailə qarşı üçüncü hərbi əməliyyatını həyata keçirəcəyini açıqlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı Tehran mətbuatına istinadən xəbər yayıb.

"SEPAH hər zaman verdiyi sözlərə əməl edib və bu gün hamı bilsin ki, "Doğru Vəd-3" əməliyyatı mütləq müəyyən vaxtda və uyğun şəkildə həyata keçiriləcək", - deyə Ə.Fədəvi vurğulayıb.

 

Chosen
18
moderator.az

1Sources