EN

Rövşən Rüstəmov ABŞ-dan 3 günə bahalı avtomobillər gətizdirib? - ADY-dən AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmovun ABŞ-dan Azərbaycana 1 ədəd BMW i7 və 1 ədəd isə “Ford Bronco” model avtomobillər gətizdirdiyi iddia olunur. 

KONKRET.az xəbər verir ki, demokrat.az-a daxil olan məlumatda iddia olunur ki, sözügedən avtomobillər kargo təyyarəsi ilə Azərbaycana 3 gün ərzində çatdırılıb.

Məlumatı dəqiqləşdirmək üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

Qurumdan informasiya sorğumuza cavab olaraq, sözügedən məlumat təkzib olunub:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq belə bir iddianı təkzib edirik. Bu iddianın heç bir əsası yoxdur, qeyd edilənlər heç bir həqiqətə söykənmir”.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmovun ABŞ-dan Azərbaycana 1 ədəd BMW i7 və 1 ədəd isə “Ford Bronco” model avtomobillər gətizdirdiyi iddia olunur. 

News365.az xəbər verir ki, demokrat.az-a daxil olan məlumatda iddia olunur ki, sözügedən avtomobillər kargo təyyarəsi ilə Azərbaycana 3 gün ərzində çatdırılıb.

Məlumatı dəqiqləşdirmək üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

Qurumdan informasiya sorğumuza cavab olaraq, sözügedən məlumat təkzib olunub:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq belə bir iddianı təkzib edirik. Bu iddianın heç bir əsası yoxdur, qeyd edilənlər heç bir həqiqətə söykənmir”.

Chosen
17
10
news365.az

10Sources