EN

Azərbaycanın “D-8”ə üzv qəbul ediləcəyi gözlənilir


Məlum olduğu kimi, bu gün Misirin paytaxtı Qahirə şəhərində “D-8” İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü keçirilir.
Yeniavaz.com 
xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov da bu tədbirdə iştirak etmək üçün Misirə səfər edib.
Qeyd edək ki, bu ilin əvvəlində mətbuatda Azərbaycanın “D-8”ə üzv olmaq üçün müraciət etdiyi barədə məlumatlar yayılıb.
Baş nazir Əli Əsədovun “D-8” toplantısında iştirak etməsi Azərbaycanın da bu quruma üzv qəbul ediləcəyi ehtimalını artırıb.
Mətbuatda yayılan məlumatlardan belə görünür ki, yaxın saatlarda Azərbaycanın “D-8” üzvlüyü rəsmən təsdiqlənəcək.
Chosen
9
2
yeniavaz.com

3Sources