EN

Avtobus qəzaları bir gündə 50-dən adamın həyatına son qoydu

Əfqanıstanın mərkəzində baş vermiş 2 avqtobus qəzasında 52 nəfər ölüb, 65 nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, faktı rəsmi mənbələr təsdiqləyib. Hər 2 qəza Kabil-Qəndahar yolunda baş verib. Birinci qəzada avtobus ytük avtomobili ilə, ikinci qəzada isə yanacaqdaşıyan sisternlə toqquşub. Xəsarət alanların vəziyyəti ağır olduğu üçün ölənlərin sayının artacağı istisna edilmir.

Ümumilikdə Əfqanıstan yolları çox təhlükəlidir. Yarım əsrdən çox davam edən müharibəyə görə infrastruktur bərbaddır. Yolların çoxu sərt dağlıq ərazidən keçir. Dəmir yolu şəbəkəsi zəif inkişaf edib və yalnız ölkənin şimalında mövcuddur. Qatarlarla yalnız yük daşınır. Həm də çox məhdud miqdarda.

Vüqar

Chosen
9
avtosfer.az

1Sources