EN

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misirin paytaxtı Qahirədə keçirilən "D-8"in 11-ci Zirvə toplantısı çərçivəsində Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Nazirlərin Azərbaycan və Pakistan arasında ikitərəfli əməkdaşlığı müzakirə etdiyi, həmçinin regional qarşılıqlı fəaliyyət layihələrini nəzərdən keçirdikləri qeyd olunub.


Müəllif: Ceyhun Ağazadə
Chosen
5
3
teleqraf.com

4Sources