EN

Azərbaycan meyvə-tərəvəz ixracından 620 milyon dollardan çox gəlir əldə edib

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 628 milyon dollar dəyərində 610 min ton meyvə-tərəvəz ixrac edilib.

Azərbaycanın çay idxalı ixracını 18 dəfədən çox üstələyib

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 milyon 186 min dollar və ya 2,1%, miqdar ifadəsində isə 31 min 714 ton, başqa sözlə, 4,9% azalıb.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 155 milyon 361 min dollar dəyərində pomidor (129 min 790 ton) , 115 milyon 893 mindollar dəyərində meşə fındığı (18 min 262 ton), 86 milyon 519 min dollar dəyərində xurma (120 min 344 ton), 53 milyon 198 min dollar dəyərində alma (84 min 370 ton ), 25 milyon 768 min dollar dəyərində nar (29 min 360 ton), 20 milyon 478 min dollar dəyərində kartof (48 min 259 ton) olub.

Bu il ümumi ixracının 2,58%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 20,32%-i meyvə-tərəvəzin payına düşüb.

Chosen
18
fed.az

1Sources