“Bəzi Avropa ölkələrinin silah anbarları demək olar ki, tamamilə boşdur”.
Sfera.az bildirir ki, bunu Litva Prezidenti Qitanas Nauseda deyib.
Onun sözlərinə görə, Avropanın yaxın vaxtlarda Ukraynaya göndərəcək heç bir şeyi olmayacaq.
“Əlbəttə, biz Ukraynanı xüsusən də anbarlarında hələ də silah olan ölkələr vasitəsilə təmin etməliyik. Mənim ölkəmdə anbarlar demək olar ki, boşdur. Eynilə, bəzi başqa ölkələrdə də vəziyyət belədir”- Nausėda Aİ sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.
O əlavə edib ki, bəzi böyük ölkələrin hələ də lazımi silah arsenalları var və bu, dəstək tədbiri kimi Ukraynaya göndərilə bilər.
Bundan əvvəl “The Washington Post” avropalı diplomata istinadən yazmışdı ki, Avropa İttifaqı artıq Ukrayna üçün kifayət qədər silah istehsal edə bilmir, ona görə də müdafiə sektorunu maliyyələşdirməyə davam edir. Materialda o da bildirilib ki, Qərb ölkələrinin köməyinə baxmayaraq, Ukrayna müdafiə müəssisələrinin istehsal gücü hələ də Rusiyadan geri qalır.
Günay Rəsulqızı