EN

Reşford ərəblərə "yox" dedi

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in hücumçusu Markus Reşford Səudiyyə Ərəbistanı klublarından birinə keçməkdən imtina edib.

QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Reşfordu “Əl-İttihad”, “Əl-Hilal”, “Əl-Nəsr” və “Əl-Əhli” klubları transfer etmək istəyirdi. Lakin 27 yaşlı hücumçu Avropanın hər hansı bir böyük klubu ilə müqavilə bağlamağa üstünlük verir. İddialara görə, onun xidmətində PSJ, "Barselona" və "Yuventus" maraqlıdır.

"Qırmızı şeytanlar"ın ingiltərəli vingeri satmaq istəməyinin əsas səbəbi onun yüksək maaşıdır. Reşfordun satılması Premyer Liqanın maliyyə qaydalarına əməl olunması baxımından “Mançester Yunayted”in resurslarının əhəmiyyətli hissəsini azad edəcək. Bu da klubun transfer bazarında aktiv olması üçün daha çox imkanlar yaradacaq.

Qeyd edək ki, Reşford cari mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 23 oyun keçirib, 7 qol vurub və 3 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Chosen
17
1
teleqraf.com

2Sources