EN

Vəfat edən blogeri əməliyyat edən həkimin plastik cərrah diplomu yoxdur?


Bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasının baş həkimi pasiyenti Nurlan Həsənli yox, plastik cərrah Oruc Mıəmmədovun əməliyyat etdiiyni bildirib.

"Medicina" xəbər verir ki, klinikanın baş həkimi Araz Ağayev oxu.az-a bildirib ki,
"2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb.

Sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir".


Onu da qeyd edim ki, N.İsgəndərova bizim klinikamızda deyil, bir aydan sonra naməlum səbəbdən vəfat edib".


Lakin medicina.az araşdırmasında adıçəkiliən Nurlan Həsənlinin özünü sosial şəbəkələrdə, instagram və klinikanın məlumatlarında Peşəkar plastik-estetik cərrah kimi təqdim edir və hər cür plastik əməliyyat icra edərək, xəstələri qəbul etdiyi açıq aşkar görülür.Rusiyada oxuyub gəlmiş və plastik cərrah sertifikatı olmayan həkim köməkçisi necə izləyiciləri peşəkar estetik cərrah kimi klinikaya cəlb edə bilər?

Yoxsa Nurlan Həsənli xəstələri aldadır və ya Mərcan klinikasına gətirib, sonradan əməliyyatxanada Oruc Məmmədova təhvil verir?



Medicina.az



Chosen
36
medicina.az

1Sources