EN

Türkiyə və ŞKTC mediası Prezident İlham Əliyevin müsahibəsini geniş işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Rusiyanın “RİA Novosti” agentliyinə verdiyi müsahibə Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) mətbuatında geniş işıqlandırılıb.

“İki sahil” xəbər verir ki, məqalə və reportajlarda Azərbaycan liderinin Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlığa dair sözlərinə, eləcə də Ermənistanla sülh sazişinin imzalanması perspektivlərinə dair Azərbaycan rəhbərliyinin mövqeyinə xüsusi diqqət yetirilib.

Qardaş ölkələrin mediasının çoxmilyonlu auditoriyası Rusiya ilə NATO arasında münasibətlərdə gərginlik məsələsi üzrə Azərbaycan Prezidentinin mövqeyi barədə məlumatlandırılıb. Qeyd olunur ki, Prezident İlham Əliyev rəsmi Bakının Moskva ilə Qərb arasında yaranmış vəziyyətdə gərginliyin azaldılması üçün hansı töhfə verə biləcəyini bildirib.

Cənubi Qafqazda sülh və sabitliyə təhlükə yaradan qonşu Ermənistanın silahlandırılmasının yolverilməzliyi ilə bağlı Azərbaycan dövlət başçısının sözləri sitat gətirilir. Regionda sabitliyi pozmaq cəhdlərinin bir sıra ölkələrdən, xüsusən də Fransadan gəldiyi vurğulanır.

Qeyd olunur ki, Azərbaycan lideri respublikanın Ermənistanın işğalından azad edilmiş ərazilərinin bərpasının gedişatından da danışıb.

Chosen
38
1
ikisahil.az

2Sources