EN

DİM sədri: Yazı işlərinin yoxlanılması ilə bağlı mütəxəssis çatışmazlığımız var

"Yazı işlərinin yoxlanılması ilə bağlı mütəxəssis çatışmazlığımız var".

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

“Kütləvi imtahanlardan sonra yazı işlərinin yoxlanılması prosesində çox vaxt itiririk. Təəssüf ki, bu proses xeyli vaxt aparır. Markerlərin sayı daha çox olsa, yoxlama prosesi daha tez başa çatar", - deyə o bildirib.

DİM sədri qeyd edib ki, markerlərin hazırlanması prosesinə 2017-ci ildən başlansa da, hələ bu sahədə psixometriya və mürəkkəb sahə qiymətləndirmələri ilə məşğul olan mütəxəssis çatışmazlığı var.

Chosen
16
1
bakivaxti.az

2Sources