EN

Urxan Ələkbərov: "COP29 Azərbaycanda, əslində, 2004-cü ildə başlayıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"COP29 Azərbaycanda, əslində, 2004-cü ildə başlayıb. 2003-cü ildə İlham Əliyev ilk dəfə prezident seçilir, 2004-cü ildə bərpaolunan enerjinin istifadəsinə dair milli proqram qəbul edilir".
Oxu.Az xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov deyib.
O bildirib ki, bu, gələcək inkişafın əsasını qoyan amil idi:
"Çünki liderliyin ən vacib xüsusiyyəti uzağı görmək və perspektivlərə uyğun planlamalardır. İdarəetmədə sadə bir düstur var: imkanlardan necə istifadə edirsənsə, düzgün idarəçilik də ona əsaslanır. Azərbaycan bu istiqamətdə dünyada birinci yerdədir. Çünki ölkəmiz imkanlardan səmərəli istifadə edir".
"Ölkənin sərəncamında olan vəsait Azərbaycanda böyük dövlətlərdən daha yaxşı istifadə olunur. Nümunə olaraq qeyd edim ki, 2019-cu ildə Davos Dünya İqtisadi Forumunun təsisçisi, professor Klaus Şvab xüsusi hesabat dərc etmişdi. Hesabatda dünyanın 146 ölkəsinin iqtisadi imkanları və bu imkanlardan sosial sahənin inkişafı üçün nə dərəcədə istifadə edilməsi təhlil edilmişdi. Professor Klaus Şvab yeddi ölkəni etalon kimi göstərmişdi. Bunlardan üçü G7 ölkələri - ABŞ, Almaniya, Niderland, ikisi G20 ölkələri - Braziliya və Cənubi Afrika idi. Yalnız dünyada iki ölkə qeyd edilmişdi ki, onların sosial siyasəti iqtisadiyyatına uyğundur: Vyetnam və Azərbaycan. Bu, liderliyin konkret göstəricisi, Prezident İlham Əliyev amilinin sübutu idi", - akademik əlavə deyib.
Mərahim Nəsib
Chosen
30
oxu.az

1Sources