EN

"Ermənistan hökuməti də Gürcüstanınkı kimi olsaydı, bu gün biz Tatarıstan olardıq..."

“"Ermənistanın ya Rusiyanın yanında, ya da Türkiyənin yanında olmalıdır" deyən insanlarda aşağılıq kompleksi var”.
 
Moderator.az  xəbər verir ki, “Respublika” partiyasının rəhbəri Aram Sarkisyan “ Haykakan Jamanak ”a müsahibəsində son vaxtlar bəzi siyasi dairələrin manipulyasiya etdiyi tezisə toxunaraq deyib ki, əgər biz Rusiyanı regiondan,  belə desək, “qovsaq”, o zaman Türkiyə onun yerinə gəlməlidir.
 
Sarkisyanın sözlərinə görə, Ermənistanın alternativi var və regionda başqa oyunçular da var.
 
KTMT-dən danışan sonuncu qeyd edir ki, bu hərbi struktur fəaliyyət göstərmir və nəinki kömək edə bilmir, əksinə, bu gün artıq bizə mane olur.
 
Sarkisyanın sözlərinə görə, xoşbəxtlikdən Ermənistan Avropaya doğru irəliləyir. 
 
"Yoxsa Ermənistan hökuməti də Gürcüstankı kimi olsaydı, bu gün biz Tatarıstan olardıq", - deyə partiya sədri əlavə edib.
 
O, Milli Assambleyanın "Eurovote" təşəbbüsünə hüquqi qüvvə verəcəyinə inandığını bildirir, çünki Ermənistan ictimaiyyəti özünü demokratik ölkələrin yanında görür.
 
S.Laçın
Chosen
4
moderator.az

1Sources