EN

XRİTDX beynəlxalq seminarda iştirak edib

Pakistanın İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) və “Huawei” şirkətinin təşkilatçılığı ilə “İƏT ölkələrində kibertəhlükəsizlik: problemlər və perspektivlər” mövzusunda beynəlxalq seminar keçirilib.

AZƏRTAC Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, seminarda xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndəsi Fəxri Cəfərov “Milli kibertəhlükəsizliyin gücləndirilməsi: Dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunmasında CERT.gov.az mərkəzinin rolu” mövzusunda çıxış edib.

Fəxri Cəfərov çıxışında Azərbaycanda kibertəhlükəsizlik və kritik infrastrukturun mühafizəsi istiqamətində görülən işlər, həmçinin 135 ölkədə 270 min 741 kompüteri yoluxduran kiberqruplaşmanın ifşası haqqında seminar iştirakçılarına məlumat verib.

Seminarın növbəti günündə XRİTDX-nın nümayəndəsi “Təhlükəsiz gələcək üçün siyasət çərçivələri” adlı panel sessiyasında iştirak edib.

300-dən artıq nümayəndənin iştirak etdiyi tədbir İƏT üzv dövlətlərində kibertəhlükəsizliklə bağlı mövcud problemləri müzakirə etmək, təcrübələri paylaşmaq, riskləri azaltmaq və əməkdaşlığı gücləndirmək üçün strategiyaların hazırlanmasını hədəflənib.

Chosen
28
xalqqazeti.az

1Sources