EN

XOŞBƏXT CÜTLÜKLƏR DAHA ÇOX KÖKƏLİR


ARAŞDIRMA
Sosial şəbəkələrdə çəki artımı yumoristik şəkildə tez-tez müzakirə edilən mövzulardandır. Bu sual alimlərin diqqətini çəkib. Nəticədə, 2012-ci ildə aparılan bir araşdırma, münasibətdə olan insanların kökəlməyə meylli olduğunu göstərib. Tədqiqatçılar, cütlükləri müxtəlif mərhələlərdə – tanışlıq, biryerdə yaşama və ya evlilik müddəti zamanı müqayisə edib. “Xoşbəxt çəki artımı” evlənən və ya 2 ildən çox birlikdə yaşayan cütlüklərdə müşahidə olunub. Onlar birlikdə olduqca, bir o qədər çox kilo alır.
2022-ci ildə ABŞ-dan olan tədqiqatçılar münasibətlərin keyfiyyəti və müddətinin bədən kütlə indeksinə təsirini, insanların özlərini və tərəfdaşlarını necə qiymətləndirdiklərini analiz edib. Bu araşdırma bir daha təsdiqləyib ki, çəkinin artması uzunmüddətli münasibətlər ilə bağlıdır.

Chosen
12
medicalmedia.az

1Sources