EN

İnkişafı üzrə İslam Korporasiyası xətti ilə Rabitəbank tərəfindən verilən ilk kredit müqaviləsi imzalandı

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası xətti ilə Rabitəbank tərəfindən verilən ilk kreditin müqaviləsinin İmzalanma mərasimi keçirilib

19 dekabr 2024-cü il tarixində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası xətti Rabitəbank tərəfindən verilən ilk kreditin müqaviləsinin imzalanma mərasimi keçirilib. 

Alizadeh MMC ilə imzalanan bu ilk müqavilə ilə Rabitəbank, özəl sektorun, xüsusilə kiçik və orta bizneslərin (KOB) ticarət maliyyələşdirmə ehtiyaclarını qarşılamağı və Azərbaycanda şəriətə uyğun maliyyə həllərinin inkişafına dəstək olmağı vurğulayıb.

Müqavilənin imzalanma mərasimi Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini, İdarə Heyətinin üzvü, bankın baş satış inzibatçısı Orhan Gültekin və Alizadeh MMC-nin direktoru Kazım Mustafazadənin iştirakı ilə keçirilib.

Orhan Gültekin öz çıxışında qeyd edib ki, "Bu müqavilə, Alizadeh MMC ilə imzaladığımız ilk kredit müqaviləsi olmaqla yanaşı, ICD-nin də Azərbaycanda maliyyə xidmətlərini genişləndirmək üçün atdığı mühüm bir addımdır". 

Alizadeh MMC-nin direktoru Kazım Mustafazadə, çıxışında qeyd edib ki, "Rabitəbank ilə əməkdaşlığımız, ticarət fəaliyyətlərimizi daha da genişləndirmək və şəriətə uyğun maliyyə vasitələrindən faydalanmaq baxımından böyük imkanlar yaradır. Düşünürəm ki, Rabitəbankın və ICD-nin dəstəyi ilə əldə etdiyimiz bu maliyyələşmə imkanı bizə ölkə iqtisadiyyatına dəyər qatmağa imkan verəcək."

Chosen
44
8
demokrat.az

10Sources