EN

Tovuzda məktəbdə zəhərlənən 62 nəfərə zəruri tibbi yardım göstərildi - PROKURORLUQ ARAŞDIRMA APARIR, YENİLƏNİB

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Korrespondent.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən  məlumat verilib.

Qeyd olunub ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəstəxanaya müraciət edən şəxslər, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar, səhhətləri normaldır.

**13:48

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə 55 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Korrespondent.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.

***

**12:03

Tovuz rayonundakı Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobadakı tıxanma səbəbindən yaranan tüstülənmədə 20 nəfərə yaxın şagird özünü pis hiss edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində tüstülənmənin genişlənməsinin qarşısı alınıb: 

"Şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20 nəfərə yaxın şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət olunub. Onların səhhəti diqqət mərkəzində saxlanılır".

İdarədən bildirilib ki, hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

"Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə məlumatda vurğulanıb.

**11:42

Tovuz rayonunun Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.

"Report"un məlumatına görə, zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, şagirdlər sobanın tüstüsündən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
28
korrespondent.az

10Sources