EN

Qurban Qurbanov: “Juninyo getmək istəyir”

Bu gün Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” (0:1) matçı baş tutdu.

Futbolpress.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Qurban Qurbanov oyundan sonra fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Son saniyələrdə qələbə qolunu vurduq. Məğlub ola da bilərdik. Rəqib çox ağıllı müdafiə olundu, təhlükəli əks-hücumlara çıxırdı. Hətta qol da vurdular. Çox vacib 3 xal qazandıq. Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb. 

– Leroy Mikels kimi futbolçunu komandanızda görmək istəyərsiz?

– Belə oyunçular var. Leroy çox yaxşı futbolçudur. Bəzi oyunçularda olmayan keyfiyyətləri var. Amma hər oyunçunun istənilən komandada oyununun alınması da sual atlındadır. Mikels ən ehtiyatlandığımız futbolçulardan biridir.

– Qış çempionu olduz. Bu mövsümü əvvəlkilərlə necə müqayisə edərdiz?

– Müqayisə etmək çətin olar. Hər oyunumuz gərgin alınıb. Həmişə ilin sonuna yaxın futbolçuların zədələnməsindən ehtiyatlanmışam. Amma təəssüflər olsun ki, bir neçə futbolçumuz zədələndi. Buna baxmayaraq, liderliyi qoruyub-saxlaya bildik. Bu il qış çempionluğu əvvəlki mövsümlərə baxanda çətin oldu.

– Juninyonun oynamaması transfer söz-söhbərləti ilə bağlıdır?

– Özü dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm. Ona səmimiliyinə görə təşəkkür etdim.

– Baş məşqçi olaraq sizin fikriniz necədir?

– Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma “Sevilya” kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur. Klubla danışıqlar gedir. Burada klubun da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq. “Böyük beşlik” ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıza diqqət çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq.

– Futbolçu özü nə deyir?

– Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm.

Şahin Cəfərov

Chosen
13
13
futbolpress.az

10Sources