EN

Bakı Dəmiryol Vağzalındakı yeni turniketlərdə bank kartından istifadəyə niyə icazə verilmir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Dəmiryol Vağzalındakı yeni turniketlərdə giriş-çıxışda bank kartından istifadə edilə bilməməsi sərnişinlərin narazılığına səbəb olub.
Oxu.Az-a şikayət ünvanlayan sərnişinlər bildiriblər ki, bank kartından istifadə üçün işçilər tərəfindən köhnə turniketlərə yönləndirilirlər:
"Bakı Dəmiryol Vağzalında yeni turniketlər quraşdırılsa da, bank kartı ilə keçmək olmur. Hər dəfə bank kartı ilə yaxınlaşanlar köhnə turniketlərə yönləndirilir. Bu kartdan çox sayda insanın istifadə etməsi həmin turniketlərin qarşısında sıxlığa səbəb olur".
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, Bakı Dəmiryol Vağzalındakı yeni turniketlərdə giriş-çıxışa uyğun olaraq sərnişinlərin qarşı-qarşıya gəlməməsi məqsədilə təmassız bank kartı oxuyucuları fərqli istiqamətlərdə quraşdırılıb:
"Turniket zalında bütün turniketlər mərhələli şəkildə yenisi ilə əvəz olunduqdan sonra yeni turniketlərdə də çıxışlarda təmassız bank kartı oxuyucuları quraşdırılacaq. Yeni turniketlər təmassız bank kartı oxuyucularını dəstəkləyir".
Aygün Mirakif
Chosen
14
50
oxu.az

10Sources