EN

Növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 19 dekabr tarixində keçirilən hərracda 13 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətinin məlumatına görə, hərrac rəqabətli keçib. Belə ki, start qiyməti 9400 manat olan “BMW 750 Lİ” markalı avtomobil 16600 manata, 7200 manat olan “Nissan X-Trail” markalı avtomobil 11500 manata satılıb.

Cari ay ərzində növbəti hərraclar 24, 25 və 26 dekabr tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Chosen
16
vergiler.az

1Sources