EN

Sabiq deputatdan qalmaqallı açıqlama: “2-3 növ araq, konyak, şərab...”

Azərbaycanda siqaret və alkoqoldan istifadə halları artıb. Bunu statistik rəqəmlərə baxanda da müşahidə etmək olur. Çünki sözügedən sahə üzrə xərclənən vəsaitlərin də miqdarında artım nəzərə çarpır.

Məsələni Yenisabah.az-a şərh edən sabiq deputat Rüfət Quliyev bildirib ki, Azərbaycan bu mövzu üzrə dünya ölkələri ilə müqayisədə siyahıda orta yerdə dayanıb:

“İlk olaraq, bu xərclərin artmasının səbəblərindən biri odur ki, indi siqaret çəkməyə erkən yaşdan başlayırlar. Ancaq daha çox siqaret və alkoqollu içkilərin qiymətinin artması faktoru da burada daha çox rol oynayır. Bu yaxınlarda aksiz vergisinin artması istər siqaretin, istərsə də alkoqollu içkilərin qiymətinin artmasına təsir göstərib. Mən bir siqaret çəkən şəxs olaraq, hər kəsə tövsiyəm ilk o olur ki, siqaretə başlamaq lazım deyil. Çünki sonra bu vərdişi tərgitmək çətin olur. Mədəniyyət cəhətdən bu müsbət deyil ki mənfidir. Həm alkoqolda, həm də siqaretdə Azərbaycan siyahının nə yuxarısında, nə də aşağısındadır. Orta sıralamadadır. Qorxunc vəziyyət yoxdur. Amma təbii ki, dövlət bununla mübarizə aparır və çalışır ki, alkoqoldan və tütün məmulatlarından istifadə azalsın. Hər halda azaltmaq lazımdır. Yaxşı haldır ki, spirtli içkilərdən cavanlar o qədər də istifadə etmir. Lakin məktəblilər arasında siqaretdən istifadə halları artıb. Bu isə heç də xoşagələn hal deyil”.

R.Quliyev qeyd edib ki, alkoqollu içkilərin yerli istehsalı idxal olunanlardan nisbətən daha ucuz başa gəlir

“Hardasa, 20-30 faiz fərq nəzərə çarpır. Yerli mallar dünya brendləri qədər olmasa da, keyfiyyətində heç bir problem yoxdur. Sağlamlığa vurduğu zərərə gəlincə isə, istər yerli, istərsə də xarici istehsal olan bu cür içkilərin hamısı insan səhhətinə eyni dərəcədə ziyanlıdır”.

Sabiq millət vəkili toy məclislərində müşahidə edilən xoşagəlməz vəziyyətlə bağlı bir neçə nüansa da toxunub:

“Son vaxtlar toylarda yemək və alkoqollu içkilərin ifrat dərəcədə olmasını müşahidə edirəm. Ən azı 2-3 növ araq, konyak, 4-5 cür şərab süfrəyə qoyulur. Pivə, viski və digərlərindən heç danışmıram. Spirtli içkilərlə bərabər yemək çeşidləri də çoxluq təşkil edir. Toy günü qonaqların hamısı şadlanır. Ancaq hesab bağlanma anına gələndə əhval-ruhiyyə o qədər də yüksək olmur və maliyyə problemləri yaranır. Hər kəs istəyir ki, övladını toyunu təmtəraqlı şəkildə qeyd etsin, içkisi, yeməyi süfrədə bol olsun. Ancaq insanların özü də bunu artıq almalıdır ki, sözügedən durum heç də yaxşı haldan xəbər vermir. Ona görə də insanlar özü belə məsələləri həll etməlidirlər”.

Aytac Şahin 


Telegram kanalımız
Chosen
21
2
yenisabah.az

3Sources