EN

Türkiyəli mütəxəssislər Gəncədə region kitabxanalarının əməkdaşları üçün təlim keçiblər

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan kitabxanaların əməkdaşları üçün təlim keçiblər.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təlim Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil olunub. Təlimdə Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin modulları üzrə əsas əməliyyatlar izah olunub, iş prosesində yaranan problemlər aydınlaşdırılıb, suallar cavablandırılıb və tövsiyələr verilib.

Qeyd edək ki, türkiyəli mütəxəssislər Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalarda Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Milli Kitabxanası tərəfindən dəvət olunublar.

 

Chosen
18
azertag.az

1Sources