EN

Britaniyali nazirdən açıqlama: Ölkənin hərbçiləri Ukraynaya göndərilir?

Böyük Britaniya Ukrayna əsgərlərinin təlimində iştirak etmək üçün öz hərbi təlimatçılarını Ukraynaya göndərə bilər.

Bu barədə Britaniyanın müdafiə naziri Con Hili "Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunlarının Britaniya hərbi təlimlərinə çıxışını asanlaşdırmaq və onlarla işləmək lazımdır ki, bununla da daha çox yeni çağırışçıları motivasiya və səfərbər etmək mümkün olsun.

Nazir qeyd edib ki, London Kiyevi maliyyələşdirməyə davam etmək, Ukraynaya yeni silahlar tədarük etmək və onun hərbi-sənaye kompleksini dəstəkləmək niyyətindədir.

Hili, həmçinin bildirib ki, Rusiyaya təzyiqlər əhəmiyyətli dərəcədə artırılmalıdır. Müdafiə Nazirliyinin rəhbəri eyni zamanda ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ukraynada münaqişənin tez bir zamanda dayandırıla biləcəyinə şübhə etdiyini bildirib. Belə ki, noyabrdakı seçki kampaniyası zamanı Tramp münaqişəni 24 saat ərzində həll edəcəyinə söz vermişdi. Hili vurğulayıb ki, danışıqlar aparmaq və eyni zamanda mübarizəni də davam etdirmək mümkündür.

Xatırladaq ki, noyabrın 26-da Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Londonun Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün qoşun göndərməyəcəyini bəyan etmişdi.

Mənbə: oxu.az

Chosen
12
oxu.az

1Sources