EN

Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi təsdiq edildi - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət GömrükKomitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük ƏməkdaşlıqFonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında fərmanimzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, 2024-cü il iyunun 29-daBrüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının DövlətGömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında GömrükƏməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiq edilib.

Bu Fərmanda göstərilən Qrant Müqaviləsi qüvvəyə mindikdən sonraAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onunmüddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi QrantMüqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxiliprosedurların yerinə yetirildiyi barədə Ümumdünya GömrükTəşkilatına bildiriş göndərməlidir.

Chosen
19
29
az.trend.az

10Sources