EN

Qida mütəxəssisi: "Əgər kolbasanı kağızdan açanda ələ yapışmırsa, sulu deyilsə..."

Qida

“Əgər həqiqətən də kolbasada insan ətinin olması faktı varsa bu mütləq şəkildə labaratoriya analizi nəticəsində ortaya çıxan məsələdir. Hər-hansısa məlumat olmadan bu haqda şərh vermək düzgün olmaz. Kolbasa işlənmiş ət məhsulu olduğuna görə hər zaman sağlamlıq üçün risk qrupunda olan qidalardandır. Kolbasa istehsalında düzgün ət məhsullarından, qida qatqılarından və ədviyyatlardan istifadə edilməlidir. Keyfiyyətli kolbasa etibarlı, mənşəyi bəlli olan markaya aid olmalıdır. İstehsalçı şirkət haqqında üzərində tam məlumat göstərilməlidir. Tərkibi haqqında ətraflı məlumatlar verilməlidir. Eyni zamanda istehsal tarixi ilə son istifadə müddəti mütləq şəkildə üzərində yazılmalıdır”

Reyting.az
xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O daha sonra əlavə edib:

“Təzə, keyfiyyətli kolbasanı saxtasından necə ayırd etmək olar? Əgər kolbasanı kağızdan açanda ələ yapışmırsa, sulu deyilsə, üzərində müxtəli rənglər, göy yaxud yaşıl ləkələr yoxdursa bu kolbasa təzədir. Əgər hansısa paketlənmədə zədələnmə varsa, oksigenlə, hava ilə təmasda olubsa bu kimi kolbasaları, sosiskaları, ət məhsullarını istifadə etmək lazım deyil. Eyni zamanda da həddindən artıq, kəskin ədviyyat qoxusu gəlirsə bu da həmin kolbasanın xammalının keyfiyyətsizliyini ört-basdır etmək üçündür. Mütləq şəkildə sərin, qaranlıq yerdə, soyuducuda saxlanılmalıdır. Kolbasanı yaxşı olar ki, doğrayan kimi yeyəsən, səhərə qalmasın. Bəzən görürsən ki, tez-tez soyuducuya qoyub çıxarırlar. Bu da yolverilməz haldır. Çünki kolbasa +12 dərəcə temperaturdan yuxarı qaldıqda keyfiyyəti aşağı düşür. Bu kimi qida məhsulları sağlamlıq üçün zərərli ola bilər. Gün ərzində 50 qramı keçməmək şərtilə qəbul olunmalıdır. Yaxşı olar ki, 20 yaşa qədər olan insanlar bu qidalardan çox az, yaxud da heç istifadə etməsinlər” deyə Məhsəti Hüseynova bildirib.
Chosen
13
2
reyting.az

3Sources