EN

“Bütün oyunçuların müqaviləsi ləğv edildi, baş məşqçi istefaya göndərildi” - Klub prezidentindən qəribə qərar

“Sloboda Tuzla”nın (Bosniya və Herseqovina) prezidenti Azmir Husiç verdiyi qəribə qərarla diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, o, uğursuz nəticələrə görə əvvəlcə baş məşqçini, daha sonra heyətdəki bütün futbolçuları qovub.

Onun komandası çempionatda bu mövsüm keçirdiyi 17 oyundan 15-ni uduzub və sonuncu pillədə qərarlaşıb.

A.Husiç açıqlamasında bunları deyib: “Bütün oyunçuların müqaviləsi ləğv edildi. Baş məşqçi də istefaya göndərildi”.

O, həmçinin yeni komanda quracaqları və mövsümün geri qalan matçlarında liqada yerlərini qorumaq üçün mübarizə aparacaqlarını bildirib.

Chosen
45
sportinfo.az

1Sources