EN

Məhsul və xidmətlər şöbəsi - VAKANSİYA

"Xalq Bank" ASC, Rəqəmsal Bankçılıq İdarəsinin Məhsul və xidmətlər şöbəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Yeni rəqəmsal məhsul və xidmətlərin yaradılması, habelə ənənəvi bank məhsullarının rəqəmsallaşdırılması istiqamətində işləri təşkil etmək;
  • İnternet və mobil bankçılıq tətbiqlərində yeni funksionallıqların reallaşdırılması üçün tələblərin tərtib etmək;
  • İstifadəçi qəbulu sınaqlarını (UAT) aidiyyati struktur bölmələr ilə birlikdə həyata keçirmək və funksionallığı təhvil vermək;
  • Texniki xətaları, biznes proseslərdə boşluqları müəyyənləşdirmək və aradan qaldırılması üçün tətbirlər görmək;
  • Mövcud və təklif edilən yeni proseslərin sxematik vizuallaşdırılması;
  • Rəqəmsal xidmətlər üçün bankdaxili biznes proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə zəruri sənədləri tərtib etmək (flow, diagram,istifadəçi use case-ları, iş planı, texniki tələblər və s.);
  • Yeni rəqəmsal xidmət və məhsullar üçün tələblərin formalaşdırılmasında müvafiq Biznes, əməliyyat, texniki struktur bölmələri və kənar təchizatçılarla birgə fəaliyyəti təşkil etmək;
  • Verilən biznes tələbləri təhlil etmək, zənginləşdirmək və texniki tələbləri formalaşdırmaq;
  • Bankdaxili sistemlərdə baş verən dəyişikliklərdən dolayı Rəqəmsal bankçılıq tətbiqlərinin adaptasiyası üçün zəruri işləri müəyyənləşdirmək və icrasını təşkil etmək;
  • Yerli və xarici bazarlarda yeni maliyyə texnologiyalarını araşdırmaq və tətbiqi üçün təkliflər hazırlamaq;
  • Rəqəmsal bankçılıq üzrə həyata keçirilən işlər və layihələrin icrası prosesləri üzrə hesabat aparmaq.

Tələblər:

  • Ali magistr təhsili;
  • Rəqəmsal xidmətlərin inkişafı sahəsində Biznes analitik kimi minimum 1 il təcrübənin olması;
  • Biznes tələblər və texniki sənədlərlə iş təcrübəsi;
  • Rəqəmsal maliyyə texnologiyaları barədə biliklərin olması;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Güclü analitik düşünmə qabiliyyəti;
  • Rus və ingilis dilini bilmək arzuolunandır;
  • Layihələrin idarəedilməsi üzrə bilik və sertifikatlarin olması üstünlükdür;
  • Bank və ödəniş sistemləri(Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Chosen
63
24
fins.az

10Sources