EN

Dövlətlər necə səhmdar cəmiyyətlərə çevrilir?

Bakı, TurkicWorld/ArabAZ

Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

Hər bir dövlət əsrlərlə, illərlə, qərinələrlə xalqın çəkdiyi əziyyətin və keçdiyi yolun nəticəsidir. Dövlət dediyin nizamdır. Nizam isə təhlükəsizlik və məişətin davamlılığını təmin edir. Lakin dövlət bəzən insanlarının bütün tələblərini istədikləri kimi təmin edə bilmir. Bunun daxili və xarici səbəbləri mövcuddur. Buna baxmayaraq, dövlətə sahib olmaq bir xalq üçün böyük siyasi uğurdur.

Dövlətin inkişafı və islahatı millətin mentalitetinə, psixoloji xüsusiyyətlərinə, tarixi inkişafına, yerləşdiyi əraziyə və müxtəlif amillərə uyğun şəkildə aparılmalıdır. Şərq və Qərb xalqlarının psixoloji, sosial xüsusiyyətləri eyni deyil. İşğalda olmuş xalqların vəziyyəti ilə tarixi dövlətçilik ənənəsi qırılmamış xalqların vəziyyəti də fərqlidir. Geosiyasi əhəmiyyəti yüksək olan xalqların vəziyyəti isə tamamilə fərqli bir yanaşma tələb edir.

Suriyanın Timsalında Dövlətin Süqutu

Suriya bir zamanlar mövcud olan dövlət idi. Lakin Əsəd rejiminin idarəçilikdəki əskikliyi, İsrail qarşısında məğlubiyyətləri və xalqına qarşı zülmü ölkəni fəlakətə apardı.

1.İnsan İtkiləri və Qaçqınlar
*Ölənlər: Müharibədə 400-600 min insan həlak olmuşdur.
*Qaçqınlar: Təxminən 13 milyon suriyalı evlərini tərk etmişdir. Onların 5,6 milyonu qonşu ölkələrdə və Avropada yaşayır. Məsələn, Türkiyədə 3,6 milyondan çox suriyalı qaçqın sığınacaq tapmışdır.

2. İqtisadi Ziyan
*Müharibə Suriyaya 400 milyard dollardan 1,2 trilyon dollara qədər ziyan vurmuşdur.
*Sənaye sektoru 4,5 milyard dollar itkiyə məruz qalmışdır.

3.İsrailin Müdaxilələri və Hərbi Təsirlər
İsrail təhlükəsizlik bəhanəsi ilə Suriyanı davamlı olaraq bombalamışdır. Bu müdaxilələr nəticəsində Suriya böyük hərbi və iqtisadi itkilərlə üzləşmişdir:

*Hərbi təyyarələr: 10-15 təyyarə, toplam ziyan 625 milyon dollar.
*Tanklar: 15-20 tank, toplam ziyan 70 milyon dollar.
*Gəmilər: 2-3 müasir gəmi, toplam ziyan 750 milyon dollar.
*Helikopterlər: 10-15 helikopter, toplam ziyan 375 milyon dollar.
*Ümumi zərər: Təxminən 1,82 milyard dollar.

4. Suriya Dövlətinin Geosiyasi Durumu
Bu gün Suriyanın bir çox hissəsi müxtəlif qüvvələrin nəzarətindədir:
*İsrailin nəzarət etdiyi ərazilər,
*HTŞ, YPG və ABŞ qoşunlarının təsir dairəsi,
*Rusiyanın hələ qalan obyektləri.
*Türkiyənin nəzarətində olan bölgələr

Suriyanın müstəqilliyini bərpa etməsi və stabillik qazanması üçün 100 il lazım gələ bilər. Bu müddət ərzində bərpa işləri üçün tələb olunan sərmayə isə yüksək faizlə veriləcək və ölkənin iqtisadi sektoru beynəlxalq sərmayədarların nəzarətinə keçəcəkdir.

Yekun
Yaxın Şərqdə baş verən hadisələr bizə bir daha göstərir ki, stabillik və təhlükəsizlik hər bir xalqın öz ölkəsinə töhfəsi ilə mümkündür. Buna görə dövləti qorumaq, ona xarici müdaxilələrin qarşısını almaq məsələsində hər bir vətəndaş dövlətin yanında olmalıdır. Anarxizm və özfəaliyyət deyil ümummilli şüur olmalıdır. Dövlətin varlığı millətin şərəfidir. Dövlətin Səhmdar Cəmiyyətə çevrilməməsi üçün hər bir vətəndaş milli maraqları qorumaqla, ümumi təhlükəsizliyə dəstək verməlidir.

Chosen
19
turkic.world

1Sources