EN

Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammiti çərçivəsində baş tutub.

Qeyd edilib ki, görüş zamanı Türkiyənin xarici işlər naziri Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə həmçinin iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələrimiz arasında mümkün əməkdaşlıq sahələri, eləcə də Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.

Chosen
13
22
azpost.info

10Sources